“Mançester Yunayted”in sabiq baş məşqçisi Ruben Amorim karyerasını Portuqaliya çempionatında davam etdirə bilər.
Apasport.az “Talksport”a istinadla xəbər verir ki, portuqaliyalı mütəxəssis Lissabonun “Benfika” klubunda menecer vəzifəsinə namizəd kimi nəzərdən keçirilir.
Hazırda “Benfika” ulduz məşqçi Joze Mourinyonun rəhbərliyi altındadır. Lakin təcrübəli çalışdırıcının gələcəyi hələ də qeyri-müəyyəndir. Belə ki, Mourinyonun müqaviləsində yay aylarında Portuqaliya millisindən təklif alacağı halda, komandadan erkən ayrılmaq bəndinin olduğu bildirilir.
Qeyd edək ki, “Benfika” bu mövsüm Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparır.
- Şahmat Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib
- Qəbələdə "Grace of Nature" turniri keçirilib
- Arif Əsədov: "Neftçi” çempion olmasa da, ən azı Konfrans Liqası üçün mübarizə aparmalıdır"
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- "Barselona"nın iki futbolçusu İspaniya yığmasından kənarlaşdırılıb