“Samsunspor”dan İrfan Can Eğribayat üçün rəsmi təklif
06.01.2026 - 17:37
“Samsunspor” “Fənərbaxça”nın qapıçısı İrfan Can Eğribayat üçün rəsmi təklif edib.
Apasport.az xəbər verir ki, bu barədə jurnalist Yağız Sabuncuoğlu məlumat yayıb.
Məlumata görə, Superliqa təmsilçisi təcrübəli qolkiperin transferi ilə bağlı “Fənərbaxça”ya rəsmi müraciət ünvanlayıb.
Hazırda tərəflər arasında danışıqların davam etdiyi bildirilir. “Fənərbaxça” rəhbərliyinin İrfan Can Eğribayatla bağlı yekun qərarını yaxın günlərdə verməsi gözlənilir.
- Eduard Mendi “Əl-Əhli” ilə yeni müqavilə imzalayıb
- "Atletiko Madrid" Premyer Liqanın ulduz müdafiəçisi ilə danışıqlara başlayıb
- Ayxan Abbasov: “Azərbaycanın ikinci komandasında işləmək şərəfdir”
- De Bleker: "Premyer Liqa bizim hakimlər üçün asan yarış deyil"
- Ançelotti Qvardiolanı qabaqladı - ÇL-də yeni rekord
0
0