Sanço Super Liqa yolunda
18.07.2025 - 20:53
Yay transfer dönəmində adı tez-tez Super Liqa komandaları ilə hallanan Ceydon Sanço ilə bağlı təəccüblü iddia ortaya atılıb.
Apasport.az "Tutto Mercato"ya istinadla xəbər verir ki, ulduzun agenti yaxın günlərdə İtaliyaya gedərək transfer görüşü keçirəcək.
25 yaşlı ingilis sol cinah oyunçusunun "Beşiktaş" formasını geyinmək üçün maaşını azaltmağa hazır olduğu və transfer gözləntilərini azaltması üçün "Mançester Yunayted"ə təzyiq etdiyi bildirilir.
Ötən mövsümü icarə əsasında "Çelsi"də keçirən Sanço 42 oyuna çıxıb, 5 qol vurub və 10 məhsuldar ötürmə verib.
- “Neftçi”nin futbolçusu Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib
- “Tottenhem” Omar Marmuşla maraqlanır
- "Roma" "Mançester Yunayted"in futbolçusu ilə danışıqlara başlayıb
- "Çelsi" Premyer Liqa forvardı üçün 60 milyon avro ödəyəcək
- "Arsenal" "Real Madrid"in ulduzu üçün 85 milyon avro ödəməyə hazırdır
0
0