Slavko Vinçiçin derbidən qazandığı məbləğ bəlli olub
25.02.2025 - 14:31

Türkiyə Super Liqasında 55 ildən sonra ilk dəfə əcnəbi hakim fit çalıb.
Apasport.az xəbər verir ki, qolsuz bərabərliklə bitən "Qalatasaray" - "Fənərbaxça" matçının baş hakimi Slavko Vinçiçin derbi üçün aldığı qonorar bəlli olub.
Sloveniyalı derbini idarə etmək üçün 3600 avro alıb. Vinçiçin köməkçiləri isə 2300 avro qazanıb.
Bundan əlavə, Vinçiç və köməkçilərinə gündəlik 350 avro xərclik verilib.
Qeyd edək ki, Slavko Vinçiçin idarə etdiyi derbidə sloveniyalı hakimə Tomaz Klançnik və Andraz Kovaçiç köməklik edib.
- "Fənərbaxça"dan açıqlama: "Mourinyonun sözləri bilərəkdən təhrif edilib"
- Birinci Liqa: "Qəbələ" və "Karvan"dan qələbə, "Mingəçevir"dən heç-heçə - YENİLƏNİB
- "Beşiktaş"ın istədiyi futbolçu zədəsini sağaldıb
- "Zirə"nin və millinin çalışdırıcısı: "Əsas məsələ Azərbaycanı xarici ölkələrdə yaxşı təmsil etməkdir"
- Ronaldo 800-cü qolunu vurub
0
0