Tedesko istədi, klub rəsmi təklif göndərdi
23.12.2025 - 16:32
“Fənərbaxça” heyətini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi Antoni Musaba ilə yaxından maraqlanır.
Tanınmış jurnalist Yağız Sabuncuoğlunun sözlərinə görə, "sarı-lacivərdlilər" "Samsunspor"un futbolçusuna rəsmi təklif göndərib.
Futbolçunun Türkiyəyə transferi üçün müqaviləsində nəzərdə tutulan sərbəst qalma məbləği 5 milyon avro təşkil edir.
Qeyd edək ki, belçikalı baş məşqçi Domeniko Tedesko Musabanın transferində israrlıdır və futbolçunu heyətində görmək istəyir.
- Felipe Santos: "Keçən mövsüm əldə etdiyimiz nəticəni yaxşılaşdırmaq istəyirik"
- Mərc qalmaqalı: Eren Elmalı və Metehan Baltacının cəzaları bəlli oldu
- "Beşiktaş" Temmi Abrahamın transferini rəsmiləşdirib
- “Bavariya” qələbə qazandı, 17 yaşlı futbolçusu tarixə düşdü
- "Qalatasaray"ın forvardı milli karyerasını bitirir
0
0