UEFA "Barselona"nı cəzalandıracaq - Xalları silinə bilər
04.06.2025 - 08:14
Maliyyə qaydalarını ikinci dəfə pozan "Barselona" UEFA tərəfindən cəzalandırıla bilər.
Apasport.az "The Times"a istinadla xəbər verir ki, qaydaları pozan Kataloniya klubunun xalları silinə bilər və ya növbəti mövsüm Çempionlar Liqası üçün heyəti məhdudlaşdırıla bilər.
Eyni zamanda “Çelsi” və “Aston Villa” ilk dəfə maliyyə qaydalarını pozduqlarına görə cərimələnəcəklər.
Qeyd edək ki, başa çatan mövsümdə "Barselona" İspaniya çempionu olub. Həmçinin 2024/2025 mövsümündə kataloniyalılar İspaniya kubokunu və İspaniya Superkubokunu qazanıblar.
- "Qarabağ" Azərbaycan çempionatlarında 350-ci "quru" hesablı qələbəsini qazanıb
- PFL Avropa Liqalarının Baş Assambleyasında təmsil olunub
- Azərbaycan çempionatı: Teymur Rəcəbov üçüncü yer uğrunda mübarizədən imtina etdi
- İslam Həmrəyliyi Oyunları: Medal sıralaması
- UEFA-dan Ukraynaya sərt cəza - 34 min avro
0
0