"Fənərbaxça"nın əfsanəvi futbolçularından Volkan Dəmirəl məşqçilik karyerasına qayıdacaq.
Apasport.az xəbər verir ki, sonuncu dəfə "Bodrum"u idarə edən təcrübəli çalışdırıcı Super Liqaya qayıtmağa hazırlaşır.
Yerli mətbuatın yazdığına görə, Dəmirəl “Kayserispor”un yeni rəhbər vəzifəsinə namizədlər siyahısına əlavə edilib və idarə heyətinə tövsiyə olunub.
Xatırladaq ki, Super Liqada ardıcıl uğursuz nəticələrdən sonra "Kayserispor" baş məşqçisi Markus Qisdolla yollarını ayırıb.
Daha əvvəl "Fənərbaxça" ilə adı hallanan Dəmirəl Domeniko Tedeskonun potensial əvəzləyicilərinin siyahısında yer almışdı.
- Vadim Abdullayev: "Finala çıxıb, tarixə düşmək istəyirik"
- Mərc qalmaqalı: Eren Elmalı və Metehan Baltacının cəzaları bəlli oldu
- Güləşçilərimiz Türkiyədə xatirə turnirində iştirak edəcəklər
- Flik "Barselona"nı iki futbolçu ilə gücləndirmək istəyir
- “Ayın qolu” layihəsində yanvar ayının qalibləri bəlli olub