"Yuventus"un amerikalı yarımmüdafiəçisi Ueston Makkenni tezliklə klubu ilə yeni müqavilə imzalamağa hazırlaşır.
Apasport.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb.
Tərəflər əvvəlki idman direktoru - Kristiano Qiuntoli dövründə razılığa yaxın idilər, lakin klub sonradan danışıqları dayandırmışdı.
Mənbənin sözlərinə görə, yeni baş direktor Damien Komolli sövdələşməni başa çatdırmağa hazırdır.
26 yaşlı futbolçu ilə 2028-ci ilə qədər müqavilə imzalanacaq. Onun maaşı ildə təxminən 3,3 milyon avro olacaq.
Makkenni ötən mövsüm Turin klubunun heyətində 44 oyunda 5 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun hazırkı müqaviləsi 2026-cı ildə başa çatacaq.
- Yeniyetmə boksçularımız Gürcüstan millisi ilə hazırlığa başlayıb
- Azərbaycan kuboku: Finalın oyunöncəsi mətbuat konfranslarının vaxtı müəyyənləşib
- “Qalatasaray” “Atletiko Madrid”ə qarşı oyuna itkilərlə çıxacaq
- "Arsenal" və "Çelsi" Almaniyada yeni yarımmüdafiəçi tapıb
- İlqar Aslanov: "Bu təzyiqə hazır idik"