"Yuventus" baş məşqçisi İqor Tudorla bağlı qərar verib.
Apasport.az İtaliya mediasına istinadla xəbər verir ki, Turin klubunun qarşıdakı mövsümdə məşqçi ilə işləməyə davam edəcəyi gözlənilir.
Yaxın günlərdə "qoca sinyora"nın nümayəndələri xorvatiyalının agenti ilə görüşərək mütəxəssisin yeni müqaviləsinin şərtlərini müzakirə edəcəklər.
İqor Tudor mart ayında istefaya göndərilən Tiaqo Mottanın yerinə "Yuventus"un başına keçib.
Qeyd edək ki, 47 yaşlı çalışdırıcının yetirmələri A Seriyasının turnir cədvəlini 4-cü pillədə başa vuraraq növbəti Çempionlar Liqasına vəsiqəni təmin ediblər.
- "Trabzonspor" "Yuventus"u məğlub etdi, "Atalanta" ilə rəqib oldu
- Rikardo Fernandes: "Biz heç bir komandaya baxmırıq, yalnız..." - Müsahibə
- "Sassuolo" "Milan"ın rekordunu qırıb
- Pavol Şafranko: "Hər iki komanda üçün maraqlı oyun olacaq"
- Beynəlxalq dərəcəli referilərimiz Qazaxıstandakı açıq çempionatda hakimlik edəcək