“Keşlə”yə yoxlama göndərdi – AFFA
27.08.2021 - 17:27
AFFA “Keşlə”yə yoxlama göndərib.
Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, assosiasiyanın nümayəndələri hazırda akademiyanın işini araşdırır.
Bunun səbəbi isə akademiyanın üzvü olan bir qrup azyaşlı futbolçunun valideyninin AFFA-ya şikayət məktubu yazmasıdır. Onlar “ASK Arena”da yerləşən mərkəzin 3 ildir üzləşdiyi problemlər barədə qurumu məlumatlandırıb.
AFFA deyilənlərin nə dərəcədə doğru olub-olmadığını yoxlamağa başlayıb.
0
0