“Qarabağ”ın qapıçısı Emil Balayev karyerasını yenidən Qazaxıstanda davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, bu barədə yerli mətbuat xəbər yayıb.
Bildirilib ki, “Aktobe”dən sonra “Turan” klubu da Azərbaycan millisinin qolkiperinin xidmətində maraqlıdır. Premyer Liqa təmsilçisinin baş məşqçisi Vladimir Qazzayev onu “1 nömrə” gözündə görür. 28 yaşlı qapıçı ilə danışıqlara artıq start verilib.
Balayev 2019-cu ildə məhz Qazzayevin rəhbərliyi altında “Tobol”da çıxış edib.
Qeyd edək ki, “Qarabağ”la müqavilə müddəti mövsümün sonuna qədər olan Emil Balayev hazırda komandanın 3-cü qapıçısıdır.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA