AFFA “Qəbələ” və “Xəzər-Lənkəran” klublarını cəzalandırıb
11.04.2008 - 13:36
Bakı. Mehman Süleymanov – APA-Sport. AFFA Nizam-İntizam Komitəsinin (NİK) bu gün keçirilən iclasında çıxarılan qərarlara əsasən, 1200 manat qazanıb. “APA-Sport” agentliyinin məlumatına görə, NİK Azərbaycan kuboku uğrunda yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində aprelin 9-da görüşən “Qəbələ” və “Xəzər-Lənkəran” klublarını cəzalandırıb. “Qəbələ” futbolçuları nəzərdə tutulduğundan artıq sarı vərəqə aldığı üçün 1000 manat cərimə ödəyəcək. “Xəzər-Lənkəran” isə bolqarıstanlı müdafiəçisi Kostadin Cambazova görə 200 manat xərcə düşüb. Buna səbəb futbolçunun matçın sonlarında ikinci sarı, ardından qırmızı vərəqə alıb meydandan çıxarılmasıdır.
- “Real” azarkeşləri Mbappeni fitə basdı
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
0
0