1500 nəfərlik kənd İsveç futbolunu fəth etdi – “Mjallby”dən möcüzə
21.10.2025 - 09:33

İsveç Birinci Futbol Liqasının başa çatmasına 3 həftə qalmış çempionun adı bəlli olub.
Apasport.az xəbər verir ki, "Mjallby" klubu 66 xalla çempionluğu təmin edib.
Əhalisi 1500-dən az olan balıqçı kəndinin komandası liqanın 27-ci həftəsində səfərdə “Göteborq”la qarşılaşıb. "Mjallby" "Qəmlə Üllevi" stadionunda rəqibini 2:0 hesabı ilə məğlub edərək xallarının sayını 66-ya çatdırıb.
Onun ən yaxın izləyicisi "Hammarbi"nin 55 xalı var.
"Mjallby" UEFA Çempionlar Liqasının seçmə mərhələsində oynayacaq və 2026-27 mövsümündə tarixində ilk dəfə Avropa yarışlarında çıxış edəcək.
0
0