Abdullah Zubir “Qarabağ”ın heyətində 25-ci qolu vurub.
Apasport.az saytının məlumatına görə, fransalı yarımmüdafiəçi yubiley qoluna Şotlandiyada imza atıb.
Onun Konfrans Liqasının pley-off mərhələsinin “Aberdin”lə səfərdəki cavab oyununda (3:1) vurduğu top 25-ci olub. 30 yaşlı legioner bu matçadək 24 dəfə fərqlənmişdi.
O, 25-ci qolunu 122-ci matçında vurub. Futbolçunun məhsuldarlığı 0,20-yə bərabərdir.
Zubir Premyer Liqada 18 (70 oyunda), avrokuboklarda 7 (42 oyunda) qola sevinib.
Legioner qitə səhnəsində iki turnirdə fərqlənib. Avropa Liqasında 5 qolu olan Zubir Konfrans Liqasında 2 dəfə rəqib qapısına yol tapıb.
Maraqlıdır ki, yarımmüdafiəçi hələ də Azərbaycan kubokunda fərqlənməyib. Abdullah bu yarışda 10 dəfə meydana çıxıb.