3 klub Rabioya elçi düşüb
25.09.2023 - 13:39
Adrien Rabio Avropanın top-klublarının transfer siyahısında yer alır.
Apasport.az saytı xəbər verir ki, "Yuventus"un yarımmüdafiəçisi “Mançester Yunayted”, “Nyukasl” və “Atletiko”nun maraq dairəsindədir.
Bu komandalar 28 yaşlı futbolçunun transferi üçün turinlilərlə danışıqlara başlamağı planlaşdırırlar. Fransa millisinin üzvünü heyətində saxlamaq istəyən “qoca sinyora”nın təkliflərə verəcəyi cavab maraqla gözlənilir.
Qeyd edək ki, 2019-cu ildən “Yuventus”un şərəfini qoruyan Rabionun müqaviləsi mövsümün sonuna kimi nəzərdə tutulub.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0