35 milyon avroluq razılaşma
28.09.2023 - 00:29
“Barselona” icarə müddəti başa çatdıqdan sonra Joau Kanselonu transfer edə bilər.
Apasport.az saytı xəbər verir ki, bu barədə İspaniya mətbuatında məlumat yer alıb.
Kataloniya klubu 29 yaşlı müdafiəçinin çıxışından razıdır. “Mançester Siti” ilə əldə olunmuş razılığa, əsasən, mövsümün sonunda “Barselona” Kanselonun transferini reallaşdıra biləcək. Bunun üçün qarşı tərəfə 35 milyon avro ödəmək tələb olunur.
Qeyd edək ki, portuqaliyalı müdafiəçi keçirdiyi 5 oyunda iki qol vurub və bir ötürmə verib.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0