6 qat Fransa çempionu yarışlardan uzaqlaşdırıldı
22.07.2026 - 20:12
6 qat Fransa çempionu yarışlardan uzaqlaşdırıldı

Fransa Futbol İdarəçiliyinin Apellyasiya Komissiyası “Bordo” klubunun ölkə üzrə rəsmi futbol yarışlarında iştirakdan kənarlaşdırılması barədə qərarı qüvvədə saxlayıb.

Apasport.az xəbər verir ki, buna səbəb klubun maliyyə çatışmazlığı ilə üzləşməsidir.

“Bordo” məsələni Fransanın Milli Olimpiya və İdman Komitəsinə təqdim etdiyini açıqlayıb. Klub gələcəyini təmin etmək üçün müxtəlif həll yolları üzərində çalışdığını bildirib.

Qeyd edək ki, 1881-ci ildə yaradılan “Bordo” 6 dəfə Fransa çempionu olub, 4 dəfə ölkə kubokunu qazanıb. Lakin maliyyə problemlərinə görə komanda 2024-cü ildən etibarən Fransanın 4-cü divizionunda çıxış edir.