Avropa Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb.
Apasport.az saytının məlumatına görə, UEFA pley-offun ilk oyunlarının ən yaxşı 4 futbolçusunu müəyyənləşdirib.
Ən yaxşı adına namizədlərdən Toni Martines (“Porto”) və Berat Cimalti (“Atalanta”) hərəyə iki qol vurub. Onlar müvafiq olaraq “Latsio” (2:1) və “Olimpiakos” (2:0) üzərində qələbələrdə pay sahibinə çevrilib.
Digər namizədlər Alfredo Morelos (“Reyncers”) Dortmund “Borussiya”sı ilə görüşdə (4:2), Quido Rodriges (“Betis”) isə “Zenit”lə matçda (3:2) fərqlənib.
Qeyd edək ki, ən yaxşı azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA