UEFA “Qarabağ”la bağlı növbəti paylaşım edib.
Apasport.az saytının məlumatına görə, qitə futbol qurumunun Konfrans Liqası tvitter səhifəsi azarkeşlərlə sorğu keçirir.
Respondentlərə “Marsel” – “Qarabağ” cütlüyündə hansının 1/8 final mərhələsinə yüksələcəyi ilə bağlı sual ünvanlanıb. İndiyə qədər 1500-ə yaxın insan sorğuda iştirak edib.
Onların böyük əksəriyyəti fransızların pley-off səddini adlayacağını düşünür. Çünki “Marsel”in mübarizəni davam etdirəcəyinə inananlar 73,4 faiz təşkil edir. Səs verənlərin 26,6 faizi isə “Qarabağ”ın sensasiya edəcəyini proqnozlaşdırır.
Qeyd edək ki, “Marsel”lə “Qarabağ” arasında ilk oyun bu gün “Velodrom” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA