Biabırçı nəticə ilə üzləşdi – AFFA-nın tapıntısı
29.08.2021 - 01:04
Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyev yığmanın düşərgəsinə biabırçı məğlubiyyətlə gəlir.
Apasport.az saytının məlumatına görə, AFFA-nın milliləşdirdiyi legioner Ukrayna çempionatında darmadağına üzülüb.
Onun şərəfini qoruduğu “Kolos” Kiyev “Dinamo”sunun qonağı olub. Paytaxt təmsilçisi qonaqları 7:0 hesabı ilə məğlub edib. Fasilədən sonra meydana çıxan Anatoli sarı vərəqədən başqa heç nə ilə yadda qalmayıb.
0
0