“Mançester Siti” Çilinin “Santyaqo Siti” klubuna loqosunu dəyişməsi üçün xəbərdarlıq edib.
Apasport.az saytının məlumatına görə, buna səbəb loqonun “şəhərlilər”in loqosunun dizaynına oxşamasıdır.
“Mançester Siti”nin sahibi “City Football Group” artıq Uruqvay və Boliviya komandaları ilə əməkdaşlıq edir. Onlar düşünürlər ki, Çili klubunun loqosu insanları “Santyaqo Siti”nin onların strukturunun bir hissəsi olduğuna inandıracaq.
Premyer Liqa təmsilçisinin vəkillərinin göndərdiyi məktubda çilililər məhkəməyə verilməklə hədələnib. Lakin “Santyaqo Siti” ingilislərin loqosunun dizaynını kopyalamaq iddiasını rədd edib.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA