“Heç bir avrokubok oyunu asan keçmir. Biz bu gün nəticə əldə etmək üçün bura gələn və yaxşı futbol oynayan komanda gördük”.
Apasport.az saytının məlumatına görə, bunu “Marsel”in hücumçusu Dimitri Paye Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçirilən ilk oyun barədə danışarkən deyib.
3:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada son nöqtəni qoyan ulduz futbolçu nəticədən razılıq bildirib: “Daha yaxşı çıxış edə bilərdik. İkili qarşıdurmada hər şeydən əvvəl nisbətən daha çox top fərqi ilə qələbəni təmin etmək lazımdır. Bunu da bacardıq. Həmçinin bir az nəfəs almaq mənə ən böyük xeyir verdi. Az oynayan futbolçular da meydanda çıxmaq şansı qazandılar. Hər kəsə ehtiyacımız olacaq, ona görə də hamımız eyni səviyyədə olmalıyıq”.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu fevralın 24-də Bakıda keçiriləcək.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA