İsveçrə – Cəbəllütariq qarşılaşmasını idarə edəcək - Cabarov
31.08.2021 - 16:29
FİFA referisi Rauf Cabarov təyinat alıb.
Apasport.az saytının məlumatına görə, təmsilçimiz 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi zamanı iş başında olacaq.
Cabarov İsveçrə – Cəbəllütariq qarşılaşmasını idarə edəcək. Ona Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim Rəşad Əhmədov olacaq.
Qeyd edək ki, bu matç sentyabrın 3-də keçiriləcək.
0
0