Millidən kənar qaldı – zədə səbəbindən
31.08.2021 - 10:45
İngiltərə millisi DÇ-2022-nin seçmə mərhələsinin sentyabrda keçiriləcək oyunları ərəfəsində itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, “Everton”un futbolçusu Dominik Kalvert-Levin heyətdən çıxarılıb.
Buna 24 yaşlı futbolçunun zədəsi səbəb olub. O, “Brayton”la Premyer Liqanın III turunun matçında xəsarət alıb.
Məşqçilər korpusu hücumçunun yerinə yığmaya heç kimi çağırmayıb. İngiltərə millisi sentyabrın 2-də Macarıstan, 5-də Andorra, 8-də Polşa ilə qarşılaşacaq.
0
0