Zədə üzündən meydanı tərk etdi - Suares
30.08.2021 - 09:43
İspaniyanın “Atletiko” klubunun futbolçusu Luis Suares zədələnib.
Apasport.az saytının məlumatına görə, uruqvaylı hücumçu “Vilyarreal”la qarşılaşmada (2:2) xəsarət alıb.
Forvard La Liqanın matçını sona çatdıra bilməyib. 56-cı dəqiqədə qol vuran Suares 14 dəqiqə sonra meydanı tərk edib.
Güclü ağrıları olan forvardın durumu hələlik qeyri-müəyyəndir. Yalnız müayinələrdən sonra onun qayıdış vaxtı dəqiqləşəcək.
0
0