Acunun komandası “fənər”in heyətdən uzaqlaşdırdığı futbolçunu istəyir
28.12.2025 - 11:49
"Fənərbaxça"nın əsas heyətdən uzaqlaşdırdığı İrfan Can Kahveci qışda komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, türkiyəli vingerlə Acun Ilıcalının sahibi olduğu "Hall Siti" yaxından maraqlanır.
Bu barədə yerli mətbuat məlumat yayıb.
İddialara görə, Çempionşip təmsilçisi 30 yaşlı oyunçu üçün İstanbul klubu ilə yaxın müddətdə danışıqlara başlamağı planlaşdırır. "Fənər" futbolçu üçün 10 milyon avro tələb edir.
Qeyd edək ki, Türkiyə millisinin üzvü 2021-ci ildən "sarı-lacivərdlilər"in şərəfini qoruyur.
- “Fənərbaxça” – “Aston Villa” matçının hakimi müəyyənləşdi
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
0
0