Alisson “Liverpul”un tarixinə düşdü
26.11.2026 - 10:14
“Liverpul”un qapıçısı Alisson Bekker UEFA Çempionlar Liqasında tarixi göstəriciyə imza atıb.
Apasport.az xəbər verir ki, braziliyalı qolkiper klub tarixində turnirdə məhsuldar ötürmə edən ilk qapıçı olub.
Bu barədə “Opta” statistik portalı məlumat yayıb.
Alisson Liqa mərhələsinin V turunda “Brügge” ilə keçirilən qarşılaşmanın (3:0) 82-ci dəqiqəsində Aleksander İsakın qolunun assistenti olub.
Qeyd edək ki, “Liverpul” 5 turdan sonra 12 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Brügge” isə 9 xalla 13-cüdür.
- Emre Belözoğlu: "Fənərbaxça" buralara yaraşır"
- “Fənərbaxça”da türkiyəli məşqçinin ilk zəfəri – Emre tarixə düşdü
- “Fənərbaxça”ya uduzan Arda Turan: “Liderik, amma...”
- “Yuventus” və “Nyukasl”ın hədəfində olan futbolçu qərarını açıqladı
- “Yuventus”un kapitanı: “Karyeramın ən çətin dövrlərindən birini yaşayıram”
0
0