Almaniya Futbol Federasiyası Naqelsmanla bağlı qərarını verdi - RƏSMİ - YENİLƏNİB
03.07.2026 - 14:35
Almaniya Futbol Federasiyası Naqelsmanla bağlı qərarını verdi - RƏSMİ  - YENİLƏNİB

Almaniya millisində ayrılıq yaşanıb.

Apasport.az xəbər verir ki, baş məşqçi Yulian Naqelsman istefaya göndərilib.

Bu barədə Almaniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

***

11:05

Almaniya Futbol Federasiyası milli komandanın baş məşqçisi Yulian Naqelsmanla bağlı qərar verib.

Apasport.az xəbər verir ki, 38 yaşlı mütəxəssislə yollar ayrılıb.

Bu barədə "Bild" nəşri məlumat yayıb.

Baş məşqçinin 2028-ci ili yayına kimi nəzərdə tutulan müqaviləsinə vaxtından əvvəl xitam verilib.

Qeyd edək ki, Yulian Naqelsman 2023-cü ilin sentyabrından Almaniya yığmasını çalışdırırdı. Komanda DÇ-2026-nın 1/16 finalında Paraqvaya məğlub olaraq turnirdə mübarizəni dayandırıb.