"Real"ın baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatının ötən gün oynanılan "Xetafe" ilə matçında (2:0) hakimlikdən narazı qalıb.
Apasport.az xəbər verir ki, bu barədə "Football Espana" nəşri məlumat yayıb.
İtalyanın fikrincə, hakim matçın sonunda "Real"ın xeyrinə penalti təyin etməməklə səhvə yol verib: “Sonda Diaza qarşı kobudluq? Bu məsələni müzakirə etmək istəmirəm, hakim sadəcə sarı vərəqə verdi. Komanda əla oyun keçirdi və yenidən turnir cədvəlinə başçılıq edir. Hakimə dedim ki, penalti var, amma o, sarı kart göstərdi”.
Qeyd edək ki, Madrid nəhəngi 57 xalla İspaniya çempionatının turnir cədvəlində liderdir.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər