“Real”ın baş məşqçisi Karlo Ancelotti komandanın oyun sistemində dəyişikliklər etmək qərarına gəlib.
Apasport.az saytı xəbər verir ki, La Liqanın VI turunda səfərdə “Atletiko”ya məğlubiyyət (3:1) italiyalı mütəxəssisi radikal qərarlar almağa məcbur edib.
64 yaşlı Ancelotti 4-3-3 sisteminə keçməyə hazırlaşır. Hətta VII turun “Real” – “Las Palmas” oyununda komandanın meydana yeni sistem ilə çıxması gözlənilir. Bu isə zədəsini sağaldan Arda Gülər və Brahim Diazın əsas heyətdə oynamaq şansını artıracaq.
Qeyd edək ki, 6 turdan sonra 15 xal toplayan “Kral klubu” turnir cədvəlinin 3-cü pilləsində yer alır
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”