“Mançester Yunayted”in futbolçusu Antoni məşqləri bərpa edib.
Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.
Braziliyalı yarımmüdafiəçinin komanda ilə məşqlərinə icazə verilib. Keçmiş sevgilisinə qarşı zorakılıqda ittiham olunan Antoni bu səbəbdən həm Braziliya millisi, həm klubdan müvəqqəti kənarlaşdırılmışdı. Mançester təmsilçisinin rəhbərliyi onun istintaq müddətində məşqlərdə və oyunlarda iştirak etməsini məqsədəuyğun sayıb.
Qeyd edək ki, bu qərarın hansı müddətə qədər qüvvədə qalacağı polis tərəfindən aparılan araşdırmaların nəticəsindən asılı olacaq.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”