Arda Turanın komandası Avropa Liqasının ev oyunlarını Sloveniyada keçirəcək
17.06.2025 - 08:35
Arda Turanın komandası Avropa Liqasının ev oyunlarını Sloveniyada keçirəcək

“Şaxtyor” UEFA Avropa Liqasının 2025/26 mövsümünün seçmə mərhələsinin ilk 2 ev oyununu Lyublyanada keçirəcək.

Apasport.az xəbər verir ki, bu barədə “Football Meets Data” portalı məlumat yayıb.

Komandanın görüşləri Sloveniyanın paytaxtında yerləşən "Stozice" stadionunda keçiriləcək.

Qərar Ukraynada beynəlxalq oyunların keçirilməsinə davam edən məhdudiyyətlərlə bağlıdır.

“Şaxtyor” Avropa Liqasında iştiraka birinci təsnifat mərhələsindən başlayacaq.