Argentina millisinin üzvü “Real”da çıxış edə bilər
07.03.2026 - 16:17
“Liverpul”un üzvü Aleksis Makallister karyerasını İspaniyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Real Madrid” argentinalı yarımmüdafiəçi ilə yaxından maraqlanır.
Bu barədə “Fichajes” nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, “Liverpul” 27 yaşlı futbolçunu satmağı planlaşdırmır. Makallisterin klubla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Qeyd edək ki, “Liverpul” Argentina millisinin üzvünü 2023-cü ildə “Brayton”dan 42 milyon avroya transfer edib.
0
0