"Vest Hem"in yarımmüdafiəçisi Qido Rodrigez karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Yuventus" argentinalı futbolçunun xidmətində maraqlıdır.
Bu barədə "Sky Italia" məlumat yayıb.
"Ağ-qaralar"ın baş məşqçisi Lusiano Spaletti Rodrigezin oyununu bəyənir və onu komandasında görmək istəyir. "Yuventus" İngiltərə klubu ilə müqaviləsi yayda başa çatacaq 31 yaşlı dayaq yarımmüdafiəçisini yanvar ayında heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, Qido Rodrigez 2024-cü ilin yayından "Vest Hem"də çıxış edir. Argentina millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində 6 rəsmi matçda 166 dəqiqə meydanda olub.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA