"Arsenal" "Real"ın keçmiş hücumçusu ilə maraqlanır
11.01.2024 - 14:20
"Arsenal" hücum xəttini gücləndirmək istəyir.
Apasport.az “The Mirror”a istinadla xəbər verir ki, "topçular" "Real"dakı çıxışları ilə tanınan "Xetafe"nin hücumçusu Borxa Mayoralla maraqlanır. "Arsenal"ın baş məşqçisi Mikel Arteta futbolçu ilə şəxsən maraqlanır.
London klubu 26 yaşlı ispaniyalı üçün 25 milyon avro ayıracaq.
Qeyd edək ki, hücumçu bu mövsüm 22 matçda 14 qol vurub. Forvardla klub arasındakı hazırkı müqavilə 2027-ci ilin iyun ayının sonuna qədərdir.
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
0
0