“Aston Villa”nın futbolçusu Bundesliqa yolunda
11.04.2026 - 16:20
“Bavariya” yay transfer dönəmində heyətini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Apasport.az “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi “Aston Villa”da çıxış edən Morqan Rocerslə yaxından maraqlanır.
Hücumun sol cinahında Luis Diası rotasiya edə biləcək oyunçu axtaran Münhen klubu ingiltərəli futbolçunu əsas transfer hədəflərindən biri kimi müəyyən edib.
Qeyd edək ki, Morqan Rocers cari mövsümdə “Aston Villa”nın heyətində 45 oyuna çıxaraq 10 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0