Avropa nəhəngləri 18 yaşlı yarımmüdafiəçi üçün mübarizə aparır
09.12.2025 - 17:17
Avropa nəhəngləri 18 yaşlı yarımmüdafiəçi üçün mübarizə aparır

Bir neçə gün öncə "Lill"lə yeni müqavilə imzalayan Ayub Buaddi karyerasını Avropanın böyük klublarından birində davam etdirə bilər.

Apasport.az xəbər verir ki, "Mançester Yunayted", "Arsenal" və "Real" fransalı yarımmüdafiəçini transfer etmək istəyir. 

Fransa klubu Buaddini satmağın əleyhinə deyil. Onlar 18 yaşlı futbolçu üçün 60 milyon avro təzminat tələb edirlər.

Qeyd edək ki, Ayub Buaddi "Lill"in yetirməsidir. Fransa U-21 millisinin üzvü bu mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb. Gənc oyunçunun klubla müqaviləsi 2029-cu ilin yayına kimidir.