"Ayntraxt"ın yarımmüdafiəçisi Premyer Liqa yolunda
31.01.2024 - 22:47
"Ayntraxt"da ayrılıq baş verə bilər.
Apasport.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Uqo Larsson İngiltərə nəhənglərinin maraq dairəsinə düşüb.
İsveç millisinin futbolçusunun transferi uğrunda “Arsenal” və “Liverpul” mübarizə aparır. Hər iki klub yay transfer pəncərəsində Larssonu heyətinə qatmağa çalışacaq. "Ayntraxt" gənc yarımmüdafiəçi ilə nə az, nə çox, 80 milyon avro qarşılığında ayrılmağa hazırdır.
Qeyd edək ki, onun klubu ilə müqaviləsi 2028-ci ilin iyunun sonuna kimi qüvvədədir.
- Bredli Barkola rəsmən ”Liverpul”da
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
0
0