Bakayev BƏƏ-də oynayacaq
19.09.2023 - 10:23
Daha bir futbolçu karyerasını Asiyada davam etdirəcək.
Apasport.az saytı xəbər verir ki, "Zenit"in rusiyalı yarımmüdafiəçisi Zelimxan Bakayev "Əl-Vahda" klubuna keçib.
Komandalar arasında razılaşmaya əsasən, 27 yaşlı futbolçu icarə əsasında BƏƏ klubunda çıxış edəcək. Müqavilə cari mövsümün sonuna kimi qüvvədə olacaq. Oyunçu yeni klubuna qoşulmaq üçün Əbu-Dabiyə yollanıb.
Qeyd edək ki, 2022-ci ilin yayından Sankt-Peterburq təmsilçisinin şərəfini qoruyan Bakayev bu mövsüm Rusiya Premyer Liqasında 4 oyun keçirib, 1 məhsuldar ötürmə edib.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab
0
0