"Barselona"da posta Xavidən sonra Hansi Flik keçə bilər
06.02.2024 - 17:24
Hansi Flik "Barselona"nı çalışdıra bilər.
Apasport.az xəbər verir ki, İspaniya klubu Xavi Hernandezin xələfi ilə bağlı qərar verib.
Namizədlər arasında Hansi Flikə üstünlük verilib.
Klub prezidenti Xuan Laporta bir sıra məşqçi namizədlərini dəyərləndirdikdən sonra Hansi Flikin komandaya daha uyğun olduğu qənaətinə gəlib.
Alman mütəxəssisin cari mövsümün sonunda komandaya rəhbərlik edəcəyi gözlənilir.
Qeyd edək ki, "Bavariya"nın sabiq baş məşqçisi Flik ötən ilin sentyabrında Almaniya millisindəki işindən ayrılıb.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0