“Barselona”nın vingeri Runi Bardqi daha bir klubun maraq dairəsinə düşüb.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı futbolçunun baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında müntəzəm oyun praktikası əldə edə bilmədiyi üçün icarəyə göndərilməsi ilə bağlı söz-söhbətlər səngimir.
“Portu” isveçli futbolçunu yanvarda icarəyə götürmək istəyir. Ancaq “Barselona”nın baş məşqçisi mövsümün gedişində heyətdəki oyunçulardan heç birini itirmək niyyətində deyil. Bu səbəbdən, portuqaliyalılar üçün mümkün transferin reallaşması asan olmayacaq.
Runi 2025-ci ilin yayında Danimarkanın “Kopenhagen” klubundan “Barselona”ya keçib. O, cari mövsümdə 13 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA