“Barselona”nın müdafiəçisi “Sevilya”nın bir addımlığında
28.08.2023 - 21:13
“Barselona”nın futbolçusu Kleman Lanqlenin komandanı tərk edəcəyi gözlənilir.
Apasport.az saytının məlumatına görə, müdafiəçinin “Sevilya”ya icarəyə verilməsi planlaşdırılır.
Lanqle sabiq komandasına qayıtmağa razılıq verib. Müdafiədə problemləri olan “Sevilya” onun geri qayıtması ilə arxa xətti gücləndirmək niyyətindədir.
Bununla bağlı klublar arasında danışıqlar davam edir. Lanqle “Əl-Nəsr”in də hədəfindədir.
Qeyd edək ki, 2018-ci ildən “Barselona”da forma geyinən müdafiəçinin müqaviləsi 2025/26 mövsümünün sonunda başa çatacaq.
- “Fənərbaxça”dan müdafiəyə yeni həmlə – Adil Demirbağ üçün rəsmi təklif
- “Roma” Ostervolde "dəftərini bağlamayıb" – Yanvarı gözləyirlər
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu
0
0