“Yunayted”dən tarixi antirekord
29.11.2026 - 11:56
“Mançester Yunayted” Premyer Liqa tarixində antirekorda imza atıb.
Apasport.az xəbər verir ki, bu İngiltərə çempionatının XII turuna təsadüf edib.
Komanda “Brentford”a 0:4 hesabı ilə məğlub olub. Bu məğlubiyyətdən sonra komandanın Premyer Liqada qələbə qazana bilmədiyi oyunların sayı 10-a yüksəlib.
Bu, klubun Premyer Liqa tarixində ən uzun qələbəsiz seriyasıdır.
“Qırmızı şeytanlar” bu müddətdə 5 heç-heçə edib, 5 görüşdə isə meydanı məğlub tərk ediblər.
0
0