“Marsel”in prezidenti Pablo Lonqriya vəzifəsini tərk etməyəcək.
Apasport.az-ın məlumatına görə, o, keçirilən mətbuat konfransında bu barədə açıqlama verib.
Sentyabrın 18-də prezident və baş məşqçinin klubun fanatları ilə görüşündən sonra komandada vəziyyət qarışmışdı. Azarkeş qruplarının liderləri Lonqriya və Marselinyonu təhdid etməsindən iki gün sonra ispaniyalı mütəxəssis istefa verməli olmuşdu. Amma klubun rəhbəri eyni addımı atmaq niyyətində deyil. Fanatlar komandanın Çempionlar Liqasının təsnifat mərhələsində mübarizəni dayandırmasını rəhbərliyə bağışlamayıblar.
Qeyd edək ki, “Marsel” Fransa çempionatında 5 turdan sona məğlub olmayıb. Komanda 9 xalla turnur cədvəlində 5-ci pillədə qərarlaşıb.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”