"Bavariya" azarkeşlərinə bəd xəbər
04.02.2024 - 12:56
“Bavariya”nın futbolçusu Alfonso Deyvis zədələnib.
Apasport.az xəbər verir ki, müdafiəçi Bundesliqanın "Borussiya" (3:1) Münhenqladbaxla matçında xəsarət alıb.
23 yaşlı futbolçu görüşün 86-cı dəqiqəsində meydanı tərk etməli olub. Qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında Münhen təmsilçisinin baş məşqçisi Tomas Tuxel futbolçunun dizində problem olduğunu açıqlayıb. Kanada millisinin üzvünün son durumu həkimlərin müayinəsindən sonra bəlli olacaq.
Qeyd edək ki, bu mövsüm 27 matçda iştirak edən Deyvis 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0