"Bavariya" bu yay heyətində ciddi dəyişiklik etməyi planlaşdırmır.
Apasport.az xəbər verir ki, klub əsas diqqətini mərkəz hücumçusunun transferinə yönəldəcək. Əsas namizədlər arasında Hari Keyn ("Tottenhem"), Viktor Osimhen ("Napoli") və Randal Kolo-Muani ("Ayntraxt" Frankfurt) var. Seçim əsasən keçidin maliyyə tərəfi ilə müəyyən ediləcək.
Əgər “Bavariya” hücumameyilli oyunçulardan birini satmaq qərarına gəlsə, o zaman Serj Qnabri ilk seçim olacaq. Onun gələcəyi baş məşqçi Tomas Tuxelin futbolçunu yenidən formaya qaytara bilməyəcəyindən asılı olacaq.
Başqa bir ehtimal olunan transfer Marsel Zabitserdir və "Mançester Yunayted"də icarə əsasında çıxış edən yarımmüdafiəçinin bütövlükdə satılması qərarı artıq verilib.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı