Belçika Millisinin qapıçısı Premyer Liqa klubunda
02.02.2024 - 12:19
“Nottingem Forest” yeni transferini açıqlayıb.
Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Strasburq”un qapıçısı Matz Selsi heyətinə qatıb.
Belçika millisinin də şərəfini qoruyan qolkiper, qarşıdakı 3,5 ili İngiltərədə keçirəcək. 31 yaşlı Sels yeni klubunda 26 nömrə altında çıxış edəcək. Transferin məbləği 8 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, belçikalı çərçivə qoruyucusu 2018-ci ildən şərəfini qoruduğu Fransa klubunun heyətində 175 oyun keçirib.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0