Belçika millisinin sabiq futbolçusuna C seriyasından təklif
13.09.2023 - 10:48
Raca Nainqqolan karyerasını İtaliyada davam etdirə bilər.
Apasport.az saytı xəbər verir ki, yarımmüdafiəçiyə C seriyasının “Brindisi” komandası təklif göndərib.
36 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlı olan komandanın nümayəndələri sosial şəbəkə vasitəsi ilə onunla əlaqə saxlayıb. Mesajda deyilir: “Hörmətli Raca, sizin üçün yerimiz var. Brindisi gözəl şəhərdir və azarkeşlər İtaliyanın ən yaxşısıdır. Buyurun, sizi gözləyirik”.
Qeyd edək ki, Belçika millisinin keçmiş futbolçusunun son klubu bu ölkənin “Spal” kollektivi olub.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0