Boatenq özünə klub tapdı
01.02.2024 - 21:57
Almaniya milli komandasının sabiq üzvü Jerom Boatenq özünə klub tapıb.
Apasport.az xəbər verir ki, 35 yaşlı müdafiəçi karyerasını İtaliyada davam etdirəcək.
Təcrübəli futbolçu "Salernitana" ilə razılıq əldə edib.
Boatenq hazırda yeni klubu üçün tibbi müayinədən keçir. O, A Seriyası təmsilçisi ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Jerom Boatenq son olaraq "Lion"da çıxış edib. Mərkəz müdafiəçisi 2023-cü ilin iyul ayından bəri klubsuz idi.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0