Bonuççi Almaniyaya getdi
01.09.2023 - 16:48
İtaliyalı futbolçu Leonardo Bonuççinin yeni komandası bəlli olub.
Apasport.az saytı xəbər verir ki, 36 yaşlı müdafiəçi Berlin "Union"u ilə müqavilə imzalayıb.
Son olaraq İtaliyada “Yuventus”un şərəfini qorumuş veteran futbolçunun almanlarla razılaşması mövsümün sonunadək nəzərdə tutulub. Futbolçu komandaya azad agent kimi qoşulub.
Qeyd edək ki, klub karyerasında 665 rəsmi oyuna çıxan Bonuççi 45 qol və 12 assistlə yadda qalıb.
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu
- “Fənərbaxça” Talişka ilə yollarını ayırdı - Rəsmi
- Millimizin üzvü oynadı, komandası qalib gəldi
0
0